Hərbi xəbərlər

Cəbhəboyu zonada hərbi obyektlər tikilir

14:33 27-12-2017

Cəbhəboyu zonada hərbi obyektlər tikilir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-inşaat işləri davam etdirilir.

 

Müdafiə Nazirliyindən (MN) APA-ya verilən məlumata görə, nazirliyin rəhbərliyi cəbhəboyu zonada tikilməkdə olan bir sıra hərbi obyektlərdə olub.

 

Tikintilər aparılan ərazilərə baxış keçirən müdafiə naziri general-polkovnik Zakir Həsənov inşaat işlərinin gedişatını yoxlayıb və müvafiq tapşırıqlar verib.



© APA 2018