Hərbi xəbərlər

Cocuq Mərcanlıda 20 ədəd tank əleyhinə mina partladıcısı aşkar edilib

17:21 18-04-2017

Cocuq Mərcanlıda 20 ədəd tank əleyhinə mina partladıcısı aşkar edilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bu gün 1 456 ədəd qəlpə, 20 ədəd tank əleyhinə TM-57 minasının partladıcısı (MVZ-57) və 1 ədəd TM-57 minasının gücləndiricisi aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

 

ANAMA-dan APA-ya verilən məlumata görə, 45 236 kv.m ərazi (2 096 kv.m əllə, 17 600 kv.m mexaniki üsulla, 25 540 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.



© APA 2017