Hərbi xəbərlər

Cocuq Mərcanlıda tank əleyhinə mina partladıcıları aşkarlanıb

17:07 19-04-2017

Cocuq Mərcanlıda tank əleyhinə mina partladıcıları aşkarlanıb

Bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 500 ədəd qəlpə və 4 ədəd tank əleyhinə TM-57 minasının partladıcısı (MVZ-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

 

Bu barədə APA-ya Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən məlumat verilib.

 

Məlumatda bildirilir ki, gün ərzində nəticə etibarı ilə 45 702 kv.m ərazi (3 372 kv.m əllə,   15 800 kv.m mexaniki üsulla, 26 530 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

 



© APA 2017