Hərbi xəbərlər

Cocuq Mərcanlıda tank əleyhinə raket və mina tapılıb

18:11 21-04-2017

Cocuq Mərcanlıda tank əleyhinə raket və mina tapılıb

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1 397 ədəd qəlpə, 1 ədəd 70 mm-lik tank əleyhinə PQ-7VM raket və 1 ədəd tank əleyhinə TM-57 minası aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən məlumata görə, 57 559 kv.m ərazi (2 935 kv.m əlilə, 17 000 kv.m mexaniki üsulla, 37 624 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.



© APA 2017