Hərbi xəbərlər

Əlahiddə Ümumqoşun Ordu təlim-məşq uçuşları keçirib

16:05 12-06-2018

Əlahiddə Ümumqoşun Ordu təlim-məşq uçuşları keçirib

Döyüş hazırlığı planına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsində təlim-məşq uçuşları keçirilib.

 

APA-nın məlumatına görə, uçuş hazırlığının müxtəlif növləri üzrə keçirilən təlimdə əsas məqsəd heyətin vərdiş və bacarıqlarının təkmilləşdirilməsi və inkişaf etdirilməsi olub.

 

Təlim-məşq uçuşlarında qarşıya qoyulan məqsədə nail olunub.



© APA 2018