Hərbi xəbərlər

Elçin Quliyev: “Azərbaycanın şimal sərhədlərinin mühafizəsi yüksək səviyyədə təşkil olunub”

18:08 25-09-2009

Elçin Quliyev: “Azərbaycanın şimal sərhədlərinin mühafizəsi yüksək səviyyədə təşkil olunub”
Bakı. Rəşad Süleymanov - APA. Relyefin əlverişli olmamasına baxmayaraq, Azərbaycanın şimal istiqamətində dövlət sərhədlərinin mühafizəsi yüksək səviyyədə təşkil olunur. APA-nın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev bildirib.

E. Quliyev qeyd edib ki, şimal istiqamətində sərhəd mühafizəsi zamanı sərhədçilər tərəfindən son aylar ərzində bir neçə qrup zərərsizləşdirilib: «Bu yaxınlarda şimal sərhədlərində bir neçə hadisə baş verdi. Dağlıq-meşəlik massivdən silahlı qruplara məxsus çoxlu silah, sursat, əşya-geyim ləvazimatları aşkarlandı. Hazırda faktlarla bağlı araşdırmalar aparılır».

DSX rəisi onu da vurğulayıb ki, baş vermiş hadisələr zamanı Sərhəd Qoşunlarının şəxsi heyəti yüksək bacarıq nümayiş etdirir. Bütün hallarda silahlıların zərərsizləşdirilməsinə nail olunub.


© APA 2018