Hərbi xəbərlər

Ermənilər Ağdam cəbhəsində hücuma keçib, 5 erməni əsgəri öldürülüb

11:25 10-09-2009

Ermənilər Ağdam cəbhəsində hücuma keçib, 5 erməni əsgəri öldürülüb

Ağdam. Teymur Zahidoğlu-APA. Ermənistan Silahlı Qüvvələri bu gün saat 9.23 radələrində Ağdam cəbhəsində hücuma keçiblər.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hücumun qarşısını alan Azərbaycan əsgərləri ilə ermənilər arasında güclü atışma olub. Düşmənin həmləsinin qarşısı alınıb, atışma nəticəsində 5 erməni əsgəri öldürülüb, 3-ü ağır yaralanıb. Azərbaycan Ordusunun əsgəri, 2008-ci ilin iyul ayında Quba rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan, 1990-cı il təvəllüdlü Yusubov Pərviz Gülbala oğlu isə kürək nahiyəsindən güllə yarası alıb.

Onun hərbi hospitala yerləşdirildiyi, vəziyyətinin orta-ağır olduğu bildirilib.


© APA 2018