Hərbi xəbərlər

Ermənilər Ağdam ərazisində irimiqyaslı təlimlər keçirirlər

19:31 03-10-2009

Ermənilər Ağdam ərazisində irimiqyaslı təlimlər keçirirlər

Ağdam. Teymur Zahidoğlu – APA. Ermənistan Silahlı Qüvvələri oktyabrın 3-də saat 19.00-dan etibarən Ağdam şəhəri ərazisində irimiqyaslı hərbi təlimlərə başlayıblar. APA-nın Qarabağ bürosunun məlumatına görə, ermənilər təlimlərdə ağır texnika və silahlardan istifadə edirlər. Təlimlər zamanı ermənilərin atdığı mərmilər təmas xəttindən xeyli aralıda yerləşən yaşayış məntəqələrindəki evlərdə də titrəyişlər yaradıb. Hətta bəzi evlərdə pəncərələrin şüşələrinin sındığı bildirilir.


© APA 2018