Hərbi xəbərlər

Azərbaycan Ordusu şəhid verib

10:00 16-06-2017

Azərbaycan Ordusu şəhid verib

Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şahvələdov Sultan Niyaz oğlu şəhid olub.

 

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.



© APA 2017