Hərbi xəbərlər

Gəncədə zirehdələn mərmi tapılıb

18:33 16-06-2017

Gəncədə zirehdələn mərmi tapılıb

Gəncədə mərmi aşkarlanıb.

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən ANAMA-ya Gəncə şəhərinin Kəpəz rayonu ərazisində partlamamış hərbi sursatın (PHS) aşkar olunması barədə məlumat daxil olub.

 

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, aşkar olunmuş 1 ədəd 125 mm-lik çapaltı oxvari zirehdələn mərmi (3BM-29) götürülərək zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə aparılıb.

 

Sursatın ətrafında 500 kv.metr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.



© APA 2017