Hərbi xəbərlər

Hərbi Akademiyada “Hərb oyununun qiymətləndirilməsi” üzrə işçi görüşü keçirilib

10:15 19-05-2017

Hərbi Akademiyada “Hərb oyununun qiymətləndirilməsi” üzrə işçi görüşü keçirilib

Azərbaycanda Silahlı Qüvvələrin Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına müvafiq olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Hərb oyunun qiymətləndirilməsi” üzrə işçi görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən Hərb oyununda ABŞ-ın Müştərək Qüvvələr Qərargahı Kollecinin professorları Çarlz Davis, Patrik Hannum və Silahlı Qüvvələrin Hərbi Akademiyasının professor-müəllim və dinləyici heyəti iştirak edib.

İşçi görüşündə qonaqlara Hərbi Akademiyada tədris prosesinin, elmi işin təşkili və elmi kadrların hazırlanması, burada keçirilən Hərb oyunu haqqında brifinqlər verilib və onları maraqlandıran suallar cavablandırılıb.

 



© APA 2017