Hərbi xəbərlər

Hərbi Akademiyada intensiv ingilis dili kursunun növbəti buraxılışı olub

13:30 06-07-2018

Hərbi Akademiyada intensiv ingilis dili kursunun növbəti buraxılışı olub

Silahlı Qüvvələrin Hərbi Akademiyasının intensiv ingilis dili kursunun növbəti buraxılışı keçirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edənlər məzunları təbrik edib və onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

 

Sonda kursu bitirənlərə diplom və sertifikatlar təqdim olunub.



© APA 2018