Hərbi xəbərlər

Hərbi Dəniz Qüvvələrində ilin yekunlarına həsr olunmuş toplantı keçirilib

17:08 30-12-2017

Hərbi Dəniz Qüvvələrində ilin yekunlarına həsr olunmuş toplantı keçirilib

Hərbi Dəniz Qüvvələrində 2017-ci tədris ilinin yekunlarına həsr olunmuş toplantı keçirilib.
 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Hərbi Dəniz Qüvvələri komandanının və komandan müavinlərinin döyüş hazırlığının, hərbi intizamın və qoşun xidmətinin vəziyyəti ilə bağlı aidiyyəti üzrə məruzələri dinlənilib.
 

Sonda Müdafiə Nazirliyi rəhbərliyinin bayram təbrikləri şəxsi heyətə çatdırılıb və xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu Hərbi Dəniz Qüvvələri komandanı adından mükafatlandırılıb.



© APA 2018