Hərbi xəbərlər

Hərbi Hava Qüvvələrinin hərbi hissəsinə Döyüş Bayrağı təqdim olunub

18:41 10-11-2017

Hərbi Hava Qüvvələrinin hərbi hissəsinə Döyüş Bayrağı təqdim olunub

Hərbi Hava Qüvvələrinin “N” nömrəli hərbi hissəsinə Döyüş Bayrağının təqdim olunması münasibətilə təntənəli mərasim keçirilib.

 

MN-dən APA-ya verilən məlumata görə, tədbirdə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov iştirak edib.

 

Ölkə prezidentinin müvafiq təqdimatı ilə verilən Döyüş Bayrağı hərbi hissənin komandirinə təqdim olunub. Azərbaycanın Dövlət himni səsləndirilib.

 

Təntənəli keçidlə Döyüş Bayrağı sıra meydanından aparıldıqdan sonra mərasim sona çatıb.



© APA 2017