Hərbi xəbərlər

Hərbi təlimlər davam edir

18:23 18-04-2017

Hərbi təlimlər davam edir

Azərbaycan Silahlı Qüvvələrinin hərbi təlimləri davam edir.

 

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, təlimlərdə qoşunlar cəmləşmə rayonlarını tutur və qruplaşmalar yaradılır.

 

Qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyəti təşkil olunub.

 

Qərargahlarda tapşırıqlar aydınlaşdırılır, vəziyyət qiymətləndirilir, qərarlar qəbul edilir və qoşunlara müvafiq göstərişlər verilir.

 

 



© APA 2017