Hərbi xəbərlər

Milli Qəhrəman Çingiz Qurbanov Qusarda yad edilib

16:14 29-12-2017

Milli Qəhrəman Çingiz Qurbanov Qusarda yad edilib

Bu gün Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsi Qusarda yad edilib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, bu münasibətlə keçirilən mərasimə Müdafiə Nazirliyinin, rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Qəhrəmanın ailə üzvləri, ictimaiyyət nümayəndələri qatılıb.

 

Öncə Şəhidlər xiyabanında Milli Qəhrəmanın məzarı ziyarət olunub. Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxışlarında Çingiz Qəhrəmanovun qəhrəmanlığında və dövlətin onun ailəsinə diqqət və qayğısından danışıblar.

 

 

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Çingiz Salman oğlu Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub.

 

Ç. Qurbanovun nəşi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra şəhid Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn olunub. Fevralın 7-də prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə sərəncam imzalayıb.



© APA 2018