Hərbi xəbərlər

MN: Erməni silahlı bölmələrinin təxribatının qarşısı alınıb, bir düşmən əsgəri məhv edilib, ikisi ağır yaralanıb

12:03 08-02-2018

MN: Erməni silahlı bölmələrinin təxribatının qarşısı alınıb, bir düşmən əsgəri məhv edilib, ikisi ağır yaralanıb

Müdafiə Nazirliyi Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatı şərh edib.

 

MN-dən APA-ya verilən məlumatda bildirilir ki, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb.

 

Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib, 2 hərbçisi isə ağır yaralanıb.

 

Düşmən geri çəkilməyə məcbur edilib.

 

Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.



© APA 2018