Hərbi xəbərlər

Müdafiə Sənayesi Nazirliyi “Azərsu” və “Meliorasiya və Su Təsərrüfatı” üçün mülki məhsullar istehsal edir

10:25 17-12-2017

Müdafiə Sənayesi Nazirliyi “Azərsu” və “Meliorasiya və Su Təsərrüfatı” üçün mülki məhsullar istehsal edir

Yavər Camalov: “AKKORD” Şirkətlər Qrupu ilə 20 min ədəd metal töküklərin hazırlanması üçün müqavilə bağlanıb"

Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində müdafiə təyinatlı məmulatlarla yanaşı, mülki məhsulların yeni növlərinin mənimsənilməsi və istehsalı istiqamətində işlər aparılır.

 

APA-nın məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov "17 dekabr - Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü" ilə bağlı "Azərbaycan" qəzetində işıq üzü görən "Azərbaycanın müdafiə sənayesi ən modern və mükəmməl inkişaf mərhələsindədir" məqaləsində yazıb.

 

Müdafiə sənayesi naziri artıq yeni növ mülki məhsulların istehsalı istiqamətində aparılmış işlərin öz bəhrəsini verməkdə olduğunu bildirib: "Mülki məmulatların idxalının yerli istehsalla əvəzlənməsi məqsədi ilə regionlarda suya olan tələbatı ödəmək üçün “Azərsu” və “Meliorasiya və Su Təsərrüfatı” açıq səhmdar cəmiyyətlərinin sifarişləri əsasında Gəncə “Maşınqayırma” zavodunda illik istehsal gücü 3000 ədəd olan “Dalma” tipli dərinlik su nasoslarının istehsal sahəsi yaradılıb və məmulatın istehsal edilərək sifarişçilərə təhvil verilməsi təmin edilməkdədir. Eyni zamanda yerli xammaldan istifadə əmsalını artırmaq məqsədilə “AKKORD” Şirkətlər Qrupu ilə 20 min ədəd metal töküklərin (50 ton) hazırlanması üçün müqavilə bağlanıb".



© APA 2018