Hərbi xəbərlər

Nəcməddin Sadıkov ABŞ-da beynəlxalq konfransda iştirak edib

23:38 07-07-2017

Nəcməddin Sadıkov ABŞ-da beynəlxalq konfransda iştirak edib

Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov 6-7 iyul tarixlərində Nyu York şəhərində (ABŞ) Birləşmiş Millətlər Təşkilatının (BMT) gərargahında keçirilmiş “Silahlı Qüvvələrin Baş Qərargah rəislərinin ikinci beynəlxalq konfransı”nda iştirak edib.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, konfransda BMT-nin sülhməramlı qüvvələrinin inkişafı, qüvvələrin çevik yerləşdirilməsi, təlimlər və digər aidiyyəti mövzular üzrə müzakirələr aparılıb, o cümlədən BMT-nin Sülhməramlı Əməliyyatlar və Səhra Dəstəyi İdarələrinin rəsmiləri ilə görüşlər keçirilib.



© APA 2017