Hərbi xəbərlər

Paraşütçülər və aviasiya qrupu Gəncə üzərində müxtəlif hava hərəkətləri nümayiş etdirəcək

00:19 24-09-2009

Paraşütçülər və aviasiya qrupu Gəncə üzərində müxtəlif hava hərəkətləri nümayiş etdirəcək

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) paraşütçüləri və aviasiya qrupu üç gün Gəncə şəhərində müxtəlif hava hərəkətləri nümayiş etdirəcək. Bu barədə APA-ya KHVTİC-in mətbuat xidmətindən məlumat verilib.

Gəncə şəhərinin 2503 illiyi münasibəti ilə keçiriləcək tədbirlər çərçivəsində KHVTİC-nin paraşütçüləri sentyabrın 26-dan 28-dək hər gün şəhərin üzərində “An-2” təyyarələrindən tullanaraq müxtəlif hava hərəkətləri nümayiş etdirəcəklər. KHVTİC eyni zamanda bayram çərçivəsində Gəncədə havaya aerostat da qaldıracaq. Artıq tədbirə hazırlıqla bağlı işlər yekunlaşıb.


© APA 2018