Hərbi xəbərlər

Qoşunlar təlim planına uyğun döyüş tapşırıqlarını icra edir

17:04 17-04-2017

Qoşunlar təlim planına uyğun döyüş tapşırıqlarını icra edir

Genişmiqyaslı təlimlərin keçirilməsi planına uyğun həyəcan siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, qoşunların idarə edilməsi, onların təşkili üzrə yüksək tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

 

Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar planlı tədbirlər yerinə yetirir.



© APA 2017