Hərbi xəbərlər

Səid Xan Mohmand: “Azərbaycan-Pakistan hərbi əməkdaşlığı yüksələn xətlə inkişaf edir”

11:53 08-08-2017

Səid Xan Mohmand: “Azərbaycan-Pakistan hərbi əməkdaşlığı yüksələn xətlə inkişaf edir”

“Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf edir”.  

 

APA-nın məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib. O bildirib ki, Pakistanın güclü hərbi sənayəsi var: “Bu sahə də Azərbaycan əməkdaşlığımızın ən vacib hissələrindən biridir. Bu yaxınlarda Azərbaycan Pakistandan hərbi təlim təyyarələri aldı. Biz daha çox treninqlər təşkil etməyə, münasibətləri daha irəli aparmağa çalışacağıq". 
 

Səfir qeyd edib ki, gələcəkdə də “JF Thunder” təyyarələrinin alınması ilə bağlı danışıqların aparılması mümkündür. 



© APA 2017