Hərbi xəbərlər

Şəhid hərbçi Qusarda dəfn olunub

14:48 16-06-2017

Şəhid hərbçi Qusarda dəfn olunub

Azərbaycan Silahlı Qüvvələrinin ötən gün erməni təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçusu Sultan Niyaz oğlu Şahvələdov bu gün doğulduğu Qusar rayonunda torpağa tapşırılıb.

 

APA-nın şimal bürosunun xəbərinə görə, Qusar rayon Şəhidlər xiyabanında keçirilən dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

 

Şəhidin tabutu üzərinə çəkilən Azərbaycan bayrağı onun atasına təqdim olunub.

 

Yaylım atəşi açıldıqdan, dövlət himni səsləndirildikdən sonra şəhid əsgər torpağa tapşırılıb.

 

 



© APA 2017