Hərbi xəbərlər

Xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə toplantı keçirilib

16:45 19-12-2017

Xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə toplantı keçirilib

Xarici dövlətlərin silahlı qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün illik yekun toplantısı keçirilib.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, toplantıda 28 xarici dövlətin və beynəlxalq təşkilatın 29 nümayəndəsi iştirak edib.
 

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov regiondakı hərbi-təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, eləcə də orduda aparılan islahatlar, beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində il ərzində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib və 2018-ci ildə planlaşdırılan fəaliyyətləri diqqətə çatdırıb.

 

İdarə rəisi hərbi attaşelərin suallarını cavablandırıb.
 

Bakı Hərbi Attaşelər Assosiasiyasının duayeni, Rumıniya Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik Rodin Lazariou həmkarları adından bu cür tədbirlərin keçirilməsinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və gələcəkdə də səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu vurğulayıb.



© APA 2018