Hərbi xəbərlər

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Hərbi Dəniz Qüvvələrində olublar

18:04 07-11-2017

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Hərbi Dəniz Qüvvələrində olublar

Xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri noyabrın 7-də Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində olublar.

 

MN-dən APA-ya verilən məlumata görə, 11 ölkəni təmsil edən hərbi attaşelərə əvvəlcə hərbi hissə və onun yaranma tarixi barədə ümumi brifinq təqdim edilib.

 

Hərbi hissədə qonaqlar şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub və məşğələ otaqlarına baş çəkiblər. Silahlanmada olan döyüş vasitələri ilə tanış olan qonaqlar şəxsi heyətin məşqlərini izləyiblər.

 

Hərbi attaşelər tədbirin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.



© APA 2017