Hərbi xəbərlər

Xızıda partlayış baş vermiş hərbi hissənin ətrafında bir gündə 58 ədəd partlamamış hərbi sursat tapılıb

17:46 05-12-2017

Xızıda partlayış baş vermiş hərbi hissənin ətrafında bir gündə 58 ədəd partlamamış hərbi sursat tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi ilə dekbarın 5-də birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayıb.

 

ANAMA-dan APA-ya verilən məlumata görə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 58 ədəd partlamamış hərbi sursat (PHS), 105 ədəd partlamış-yanmış mərmi qalıqları və 135 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 37 000 kv.m (3.70 ha) ərazi yoxlanılıb.



© APA 2017