Hərbi xəbərlər

Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının maaşı artırılıb

18:26 09-03-2018

Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının maaşı artırılıb

Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.



© APA 2018