12:43 19-06-2017
Müdafiə sənayesi naziri Yavər Camalov Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib.
Nazirlikdən APA-ya verilən məlumata görə, görüş zamanı Y. Camalov Azərbaycan-Belarus ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.
Nazir Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verib.
Səmimi və mehribançılıq şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Belarusun Azərbaycandakı hərbi attaşesi polkovnik Andrey Lemeşevski də görüşdə iştirak edib.
© APA 2018