Hərbi xəbərlər

Yenidən hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi ikinci oxunuşda plenar müzakirəyə tövsiyə olunub

15:49 08-12-2017

Yenidən hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi ikinci oxunuşda plenar müzakirəyə tövsiyə olunub

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib.

 

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Milli Məclis sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov bildirib ki, iclasın gündəliyinə iki məsələ daxil edilib.

 

Onlardan biri Azərbaycan və Türkmənistan hökumətləri arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Qeyd edilib ki, qanun layihəsi 18 maddədən ibarətdir. Sazişdə hər iki tərəfdən əməkdaşlıq edəcək orqanların adları, əməkdaşlığın formaları, yardımın növləri və digər məsələlər öz əksini tapıb. Saziş müddətsiz olaraq bağlanıb.

 

Sonra iclasda “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun ikinci oxunuşda müzakirə olunub. Komitənin sədri Ziyafət Əsgərov bildirib ki, qanun layihəsi çox mükəmməl hazırlanıb və çərçivə qanundur. Yəni bu qanunun qəbulundan sonra silahlı qüvvələrin ayrı-ayrı sahələri barədə ayrıca qanunlar hazırlanacaq. Çıxış edən komitə üzvləri Aqil Abbas, Vüsal Hüseynov, Elman Məmmədov qanun layihəsini yüksək qiymətləndiriblər. 

 

Müzakirələrdən sonra hər iki məsələ Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.



© APA 2018