Hərbi xəbərlər

Azərbaycan Rusiyadan əlavə silah ala bilər

17:49 13-07-2017

Azərbaycan Rusiyadan əlavə silah ala bilər

Azərbaycanın Rusiyadan aldığı silahların çatdırılması 90 faiz icra olunub.

 

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə müsahibəsində Azərbaycan müdafiə naziri Zakir Həsənov deyib.

 

Onun sözlərinə görə, Rusiyadan tanklar, “Smerç” reaktiv yaylım atəş sistemi, Msta-S qurğularının çatdırılmasına dair müqavilənin 90 faizi icra olunub. Nazir qeyd edib ki, Bakı silahla bağlı artıq ödənişi edib və onu uğurla tətbiq edir: “Xırda məsələlər qalıb. Bütün bunlar müasir silahlardır”.

 

Müdafiə naziri Rusiyadan əlavə silah alınması imkanlarının nəzərdən keçirildiyini də deyib: “Biz əlavə olaraq bir neçə silah nümunələrini nəzərdən keçiririk. Silah alışı çox istiqamətli məsələdir. Bir tərəfdən şablondan qaçmaq lazımdır, digər tərəfdən silahın müxtəlifliyi ona qulluq məsələsində çətinliklər yaradır. Bu çox mürəkkəb məsələdir”.



© APA 2017