Hərbi xəbərlər

Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb

18:23 10-10-2017

Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Minskdə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasla görüşüb.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tərəflər ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, xüsusilə hərbi, hərbi-texniki sahədə əməkdaşlığı müzakirə ediblər, sıx qarşılıqlı əlaqələrin genişləndirilməsinin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.



© APA 2017