Hərbi xəbərlər

Zakir Həsənov Belarusun hərbi sənaye kompleksinin istehsal etdiyi döyüş texnikaları ilə tanış olub

21:15 08-10-2017

Zakir Həsənov Belarusun hərbi sənaye kompleksinin istehsal etdiyi döyüş texnikaları ilə tanış olub

Belarus Respublikasına rəsmi səfərinin ilk günü Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin hərbi sənaye kompleksinə daxil olan müəssisəni və hərbi poliqonu ziyarət edib.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın nümayəndə heyəti Belarusun hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, Ordumuzun silah arsenalını gücləndirə biləcək silah və hərbi texnika ilə yaxından maraqlanıb.



© APA 2017