Hərbi xəbərlər

Müdafiə naziri ön xəttdə inşa olunmuş infrastrukturun açılışında iştirak edib

18:32 05-07-2018

Müdafiə naziri ön xəttdə inşa olunmuş infrastrukturun açılışında iştirak edib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhənin ön xəttində inşa edilmiş infrastrukturun açılışında iştirak ediblər.
 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni qərargah binası, əsgər yataqxanası və yeməkxanada yaradılan şəraitlə tanış olan Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.



© APA 2018