Hərbi xəbərlər

Zakir Həsənov İsrail Silahlı Qüvvələrinin Komanda və İdarəetmə Mərkəzində olub

12:51 13-09-2017

Zakir Həsənov İsrail Silahlı Qüvvələrinin Komanda və İdarəetmə Mərkəzində olub

İsrailə rəsmi səfəri çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrail Silahlı Qüvvələrinin Komanda və İdarəetmə Mərkəzində olub.

 

MN-dən APA-ya verilən məlumata görə, qurumun strukturu və fəaliyyəti ilə tanış olan müdafiə nazirinə bildirilib ki, Mərkəzin əsas məqsədi qoşunların təşkili, idarə olunması, onlara nəzarət və digər tapşırıqlardan ibarətdir.



© APA 2017