Hərbi xəbərlər

Zakir Həsənov NATO-nun toplantısına gedir

12:13 07-06-2018

Zakir Həsənov NATO-nun toplantısına gedir

İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcək.

 

MN-dən APA-ya verilən məlumata görə, Azərbaycanı toplantıda müdafiə naziri, general-polkovnik, Zakir Həsənov təmsil edəcək.

 

Toplantıda  NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.



© APA 2018