İdman xəbərləri

Azərbaycan Dünya Kubokuna bir idmançı ilə yollanır

12:45 12-02-2018

Azərbaycan Dünya Kubokuna bir idmançı ilə yollanır

Martın 1-də Meksikanın Qvadalaxara şəhərində güllə atıcılığı üzrə Dünya Kuboku turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan 12 gün davam edəcək yarışa cəmi 1 snayper sifariş edib.

 

İlin ilk mötəbər yarışında hədəf önünə Ruslan Lunyov çıxacaq. O, 10 m və 25 m məsafələrdən atəş açmada dəqiqliyini yoxlayacaq.

 

Yarışda ümumilikdə 50 ölkənin 404 idmançısı mübarizə aparacaq. 



© APA 2018