İdman xəbərləri

Azərbaycan gimnastı Avropa çempionatında qızıl medal qazanıb

16:29 15-04-2018

Azərbaycan gimnastı Avropa çempionatında qızıl medal qazanıb

Milli Gimnastika Arenasında keçirilən batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında Azərbaycan millisinin üzvü Mixail Malkin qızıl medal qazanıb.

 

APA-nın məlumatına görə, tamblinq yarışında 77,400 bal toplayan idmançı bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu olub.

 

İkinci yerdə danimarkalı Adam Mathiesen, üçüncü yerdə isə rusiyalı Vadim Afanasyev qərarlaşıblar.



© APA 2018