İdman xəbərləri

Azərbaycan idmançısı Dünya Kubokuna yollanıb

15:01 09-10-2017

Azərbaycan idmançısı Dünya Kubokuna yollanıb

Oktyabrın 23-də Hindistanda güllə atıcılığı üzrə Dünya Kubokunun final mərhələsi keçiriləcək. Apasport.az saytının məlumatına görə, Yeni Dehlidə 7 gün davam edəcək yarışda Azərbaycan snayperi də hədəf önünə keçəcək.

 

Ölkəmizin idman şərəfini Ruslan Lunyov qoruyacaq. O, 25 m məsafədən atəşaçma yarışlarında dəqiqliyini yoxlayacaq.

 

Final mərhələsinə isə ümumilikdə 45 ölkədən 162 idmançı qatılacaq. 



© APA 2017