İdman xəbərləri

Bakıda lisenziya xarakterli Avropa çempionatı keçiriləcək

10:01 20-12-2017

Bakıda lisenziya xarakterli Avropa çempionatı keçiriləcək

2018-ci ildə Azərbaycanda daha 2 nüfuzlu yarış keçiriləcək. Apasport.az saytının məlumatına görə, Beynəlxalq İdman Atıcılıq Federasiyası Dünya Kubokunun mərhələ yarışını və Avropa çempionatını ölkəmizə həvalə edib.

 

Belə ki, 1 illik fasilədən sonra snayperlər yenidən Qəbələyə toplaşacaqlar. İyunun 6-dan 14-dək baş tutacaq Dünya Kubokunda güllə atıcıları mübarizə aparacaqlar.

 

İyulun 21-də isə Bakıda stend atıcılığı üzrə Avropa çempionatı start götürəcək. Avqustun 4-dək davam edəcək yarışda 25 m, 50 m və 300 m məsafələrdən atəşaçmada qaliblər müəyyənləşəcək.

 

Bu turnir, həmçinin Gənclərin Olimpiya Oyunlarına 12 lisenziya da verəcək.   



© APA 2018