İdman xəbərləri

Çingiz Hüseynzadə Ramil Quliyevin məsələsi ilə bağlı mətbuat konfransı keçirəcək

17:14 11-08-2017

Çingiz Hüseynzadə Ramil Quliyevin məsələsi ilə bağlı mətbuat konfransı keçirəcək

Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Çingiz Hüseynzadə mətbuat konfransı keçirəcək. AAF-dan apasport.az saytına verilən məlumata görə, qurum rəhbəri Londonda dünya çempionu tituluna yiyələnən Ramil Quliyevlə bağlı məsələyə aydınlıq gətiriləcək.

 

Tədbir avqustun 15-də saat 14:00-da Milli Olimpiya Komitəsinin inzibati binasında keçiriləcək.

 

Qeyd edək ki, Azərbaycan millisini Türkiyə yığmasına dəyişən Quliyev bir gün öncə “ay-ulduzlular”a mundialda ilk qızıl medalı qazandırıb. 



© APA 2017