İdman xəbərləri

19 yaşlılardan ibarət Azərbaycan yığmasının Avropa çempionatında rəqibləri müəyyənləşib

19:45 01-03-2007

19 yaşlılardan ibarət Azərbaycan yığmasının Avropa çempionatında rəqibləri müəyyənləşib
Bu gün İspaniyanın Barselona şəhərində 19 yaşlılardan ibarət milli komandalar arasında 2008-ci il Avropa çempionatının püşkatma mərasimi keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, Arif Əsədovun baş məşqçisi olduğu yığma komandamız XI seçmə qrupda Ukrayna, Şotlandiya və Moldova milliləri ilə mübarizə aparacaq.

I qrup İrlandiya, Portuqaliya, Belarus, Andorra.
II qrup İsveçrə, Macarıstan, Uels, Qazaxıstan.
III qrup Belçika, İngiltərə, Rumıniya, İslandiya.
IV qrup Sloveniya, Fransa, Lüksemburq, Yunanıstan.
V qrup İspaniya, Serbiya, Albaniya, Lixtenşteyn.
VI qrup İsveç, İsrail, Finlandiya, Makedoniya.
VII qrup Ermənistan, Polşa, Litva, San-Marino.
VIII qrup Hollandiya, Norveç, Gürcüstan, Latviya.
IX qrup Türkiyə, Danimarka, Farer adaları, Bolqarıstan.
X qrup Avstriya, Slovakiya, Şimali İrlandiya, Cənubi Kipr.
XI qrup Ukrayna, Şotlandiya, AZƏRBAYCAN, Moldova.
XII qrup - Almaniya, Rusiya, Bosniya və Hersoqovina, Estoniya.
XIII qrup Xorvatiya, İtaliya, Malta, Çernoqoriya.
Qruplarda oyunlar sentyabrda start götürəcək. Turnirin final mərhələsinin oyunları gələn il Çexiyada təşkil olunacaq. /APA-Sport/


© APA 2018