İdman xəbərləri

Avropa çempionatında Azərbaycan boksçularının rəqibləri məlum olub

18:15 16-06-2017

Avropa çempionatında Azərbaycan boksçularının rəqibləri məlum olub

Ukraynanın Xarkov şəhərində keçiriləcək boks üzrə Avropa çempionatının püşkü atılıb.

 

Apasport.az saytının məlumatına görə, 40 ölkədən 258 idmançının qatılacağı yarışda Azərbaycan yığması üzvlərinin də rəqibləri məlum olub.

 

Millimizin heyətində 2 boksçumuz 1/16, digərləri 1/8 finaldan yarışa qoşulacaqlar.

 

18 iyun

1/16 final. Cavid Çələbiyev (60 kq) - Edqaras Skurdelis (Litva)

1/16 final. Eldar Quliyev (81 kq) – Müslim Hacımaqomedov (Rusiya)

 

19 iyun

1/8 final. Məsud Yusifzadə (49 kq) – Nazar Kurotçin (Ukrayna)

1/8 final. Elvin Məmişzadə (52 kq) – İstvan Şaka (Macarıstan)/Manuel Fabritsio Kappai (İtaliya)

1/8 final. Lorenzo Sotomayor (64 kq) – Vahid Hambli (Fransa)/Fredi Çiobanu (Rumıniya)

1/8 final. Pərviz Bağırov (69 kq) – Anas Messaudi (Belçika)/Simyon Çamov (Bolqarıstan)

1/8 final. Məhəmmədrəsul Məcidov (+91 kq) – Aleksandr Kaleyev (Belarus)/Petar Belberov (Bolqarıstan)

 

20 iyun

1/8 final. Tayfur Əliyev (56 kq) - Severlan Çiladze (Gürcüstan)/Antoni Ceyms Uolker (İrlandiya)

1/8 final. Kamran Şahsuvarlı (75 kq) – Bartoş Qolebiyevski (Polşa)/Emmet Brennan (İrlandiya)

1/8 final. Abdulqadir Abdullayev (91 kq) – Şott Antoni Forrest (Şotlandiya)/Zoran Radiç (Serbiya)

 

Qeyd edək ki, yarışda iyunun 16-20-də ilkin döyüşlər baş tutacaq.

 

“Lokomotiv” İdman Sarayında təşkil olunacaq çempionatda iyunun 21-də 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Ardınca 1 gün istirahət edəcək boksçular yarımfinal qarşılaşmalarına çıxacaqlar. Bu görüşlər iyunun 23-nə təsadüf edəcək. Yarışın son günündə – iyunun 24-də isə qaliblərin adları bilinəcək.



© APA 2017