İdman xəbərləri

Azərbaycan cüdoçuları reytinq siyahısında mövqelərini qoruyublar

15:56 13-11-2017

Azərbaycan cüdoçuları reytinq siyahısında mövqelərini qoruyublar

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı Azərbaycan millisinin aparıcı üzvləri üçün uğurlu alınıb.

 

Belə ki, cüdoçularımızın əksəriyyəti mövqelərini qorumağı bacarıblar. İlk “onluq”da yer alan təmsilçilərimizdən Rüstəm Orucov yenə 2-ci, Hidayət Heydərov (hər ikisi 73 kq) 4-cü, Elxan Məmmədov 3-cü, Elmar Qasımovla İrina Kindzerskaya (+78 kq) 6-cıdı. Onlardan fərqli, Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) irəliləyib. Həmyerlilərimiz hərəyə 1 rəqibini qabaqlamaqla, müvafiq olaraq, 2-ci və 5-ci yerə qalxıblar.

 

Digər cüdoçularımıza gəlincə, Vüqar Şirinli (60 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) da eyni pillədə qalıblar. Təmsilçilərimiz müvafiq olaraq, 29-cu, 22-ci, 15-ci, 20-ci, 39-cu və 30-cu yerdədi. 



© APA 2017