İdman xəbərləri

Azərbaycanın olimpiya yığmasının Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqibləri müəyyənləşib

17:39 13-02-2007

Azərbaycanın olimpiya yığmasının Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqibləri müəyyənləşib
Bu gün İsveçin paytaxtı Stokholmda futbol üzrə 21 yaşlılardan ibarət yığma komandalar arasında 2009-cu il Avropa çempionatının seçmə qrup mərhələsinin püşkü atılıb. “APA-Sport” agentliyinin məlumatına görə, olimpiya yığmamız İtaliya, Xorvatiya, Yunanıstan, Albaniya və Farer adaları ilə birgə birinci seçmə qrupda mübarizə aparacaq. Digər qrupların tərkibi belədir:
II qrup: Çexiya, Ukrayna, Türkiyə, Ermənistan, Lixtenşteyn.
III qrup: Portuqaliya, İngiltərə, Bolqarıstan, İrlandiya, Çernoqoriya.
IV qrup: İspaniya, Rusiya, Polşa, Gürcüstan, Qazaxıstan.
V qrup: Hollandiya, İsveçrə, Norveç, Makedoniya, Estoniya.
VI qrup: Danimarka, Sloveniya, Litva, Finlandiya, Şotlandiya.
VII qrup: Belçika, Slovakiya, İslandiya, Avstriya, Cənubi Kipr.
VIII qrup: Serbiya, Macarıstan, Belarus, Latviya, San-Marino.
IX qrup: Almaniya, İsrail, Moldova, Şimali İrlandiya, Lüksemburq.
X qrup: Fransa, Rumıniya, Bosniya və Herseqovina, Uels, Malta.
Seçmə oyunlar 2-3 və 5-6 iyun, 8-9 və 11-12 sentyabr, 13-14 və 16-17 oktyabr, 17-18 və 20-21 noyabr 2007-ci ildə, habelə, 6-7 və 9-10 sentyabr 2008-ci ildə keçiriləcək. Qrup qalibləri və ən yaxşı nəticə göstərən 4 qrup ikincisi pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Pley-off matçları 11-12 və 14-15 oktyabr 2008-ci ildə oynanılacaq. Nəticədə 14 komanda arasında Olimpiya sistemi ilə 7 ən güclü yığma meydan sahibi İsveçlə birgə final mərhələsinə vəsiqə qazanacaq. /APA-Sport/


© APA 2018