İdman xəbərləri

Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb

15:44 09-03-2007

Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb
Bu gün Yunanıstanın paytaxtı Afinada Çempionlar Liqasının 1/4 və yarımfinal mərhələlərinin püşkü atılıb. “APA-Sport” agentliyinin məlumatına görə, püşkatmadan əvvəl UEFA prezidenti Mişel Platini, eləcə də, “Barselona” klubunun fransız yarımmüdafiəçisi Lüdoviq Jüli və Afina şəhərinin meri nitqlə çıxış ediblər.
“Milan” (İtaliya) “Bavariya” (Almaniya)
“PSV Eyndhoven” (Hollandiya) “Liverpul” (İngiltərə)
“Roma” (İtaliya) “Mançester Yunayted” (İngiltərə)
“Çelsi” (İngiltərə) “Valensiya” (İspaniya)
Yarımfinalda “Çelsi” “Valensiya” cütünün qalibi “PSV Eyndhoven” “Liverpul”, “Roma” “Mançester Yunayted” cütünün qalibi “Milan” “Bavariya” cütünün qalibi ilə qarşılaşacaq. 1/4 final mərhələsinin ilk oyunları aprelin 3-də və 4-də, cavab görüşləri bir həftə sonra, yarımfinal mərhələsinin ilk qarşılaşmaları aprelin 24-də və 25-də, təkrar oyunları mayın 1-də və 2-də keçiriləcək. Turnirin həlledici final görüşü isə mayın 23-də Yunanıstan paytaxtı Afinada baş tutacaq. /APA-Sport/


© APA 2018