İdman xəbərləri

Cüdoçumuz Meksikadan gümüş medal qazandı

11:01 19-06-2017

Cüdoçumuz Meksikadan gümüş medal qazandı

Meksikanın Kankun şəhərində keçirilən Qran-pri turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan millisinin qazancı bir gümüş medal olub.

 

Yığmamıza mükafatı Tural Səfquliyev qazandırıb. 90 kq çəki dərəcəsində yarışan təmsilçimiz Çili, Rumıniya və ABŞ idmançılarına qalib gələrək finala çıxıb. Beynəlxalq turnirin həlledici qarşılaşmasında İspaniya cüdoçusu Nikoloz Şerazadaşviliyə məğlub olan Səfquliyev Qran-pridə 2-ci yeri tutub.

 

Digər iki cüdoçumuz - Rüfət İsmayılov (90 kq) və Cəlil Şükürov (100 kq) ilk görüşdə rəqiblərinə uduzublar.



© APA 2017