İdman xəbərləri

Heydər Əliyev Mərkəzinin parkında karate dərsi keçirilib

15:00 18-06-2017

Heydər Əliyev Mərkəzinin parkında karate dərsi keçirilib

Bu gün səhər Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün karate dərsi təşkil olunub.

 

Heydər Əliyev Mərkəzindən APA-ya verilən məlumata görə, 2 saata yaxın davam edən dərsi 5 dəfə dünya çempionu, 13 dəfə Avropa çempionu, "Bakı-2015" Avropa Oyunlarının və "Bakı-2017" 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi Rafael Ağayev keçib.

 

Qeyd edək ki, Mərkəzin parkında ənənəvi olaraq müxtəlif tədbirlər, eləcə də dərslər təşkil olunur. Parkdakı tədbirlərə giriş sərbəst və ödənişsizdir.



© APA 2017