İdman xəbərləri

İsgəndər Cavadov: “AFFA-ya növbəti prezident seçkilərində namizədliyimi irəli sürəcəyəm”

17:32 12-02-2007

İsgəndər Cavadov: “AFFA-ya növbəti prezident seçkilərində namizədliyimi irəli sürəcəyəm”
“AFFA-ya növbəti prezident seçkilərində yenidən namizədliyimi irəli sürəcəyəm. Bu dəfə sonadək mübarizə aparacağam”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında veteran futbolçu İsgəndər Cavadov söyləyib. Sentyabrdan seçkiqabağı təbliğat kampaniyasına başlayacağını vurğulayan İ.Cavadov AFFA prezidenti Ramiz Mirzəyevdən heç də savadsız olmadığını bildirib: “2003-cü ildə Mirzəyevi AFFA prezidenti seçməklə, böyük səhvə yol verdik. Son üç ildə futbolumuzda heç bir irəliləyiş yoxdur. Bu səbəbdən də mən öz sözümü deməliyəm”. Haqqında təşkilatçılıq qabiliyyətinin az olması haqda səslənən fikirlərlə razılaşmayan veteran futbolçu idman ictimaiyyəti ilə yaxşı münasibətdə olduğunu bildirib. Ötən il “Şöhrət” ordeni ilə təltif edildiyini bildirən İ.Cavadov futbol ictimaiyyəti və klubların onu yaxşı tanıdığını söyləyib: “Üstəlik, UEFA-nın prezidenti postuna da futbolçu seçilib. Mişel Platini bu vəzifəyə pulu ilə yox, şəxsiyyəti sayəsində gəlib. Yəqin ki, bu amil mənim də AFFA prezidenti seçilməyimdə həlledici rol oynayacaq”. /APA-Sport/


© APA 2018