İdman xəbərləri

“Neftçi” “Xəzər-Lənkəran” görüşünü izləmək üçün Bakıya gələn cənub klubunun azarkeşlərinin olduğu avtobus qəzaya uğrayıb

15:50 16-02-2007

“Neftçi”  “Xəzər-Lənkəran” görüşünü izləmək üçün Bakıya gələn cənub klubunun azarkeşlərinin olduğu avtobus qəzaya uğrayıb

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda ölkə çempionatının XV turu çərçivəsində “Neftçi” ilə oyunda komandalarına dəstək vermək üçün Bakıya gələn Lənkəranın “Xəzər-Lənkəran” klubunun azarkeşləri xoşagəlməz hadisə ilə üzləşiblər.
“APA-Sport” agentliyinin məlumatına görə, azarkeşləri Bakıya gətirən avtobus Ələt qəsəbəsində qəzaya uğrayıb. Hadisə nəticəsində dörd azarkeş xəsarət alıb. Digər fanatlar digər marşrutlarla oyunu izləmək üçün paytaxta yollanıblar. /APA-Sport/


© APA 2018