İdman xəbərləri

Şahin Diniyev: “Mənim aylıq qazancım Torresin telefon danışığına, ona ayrılan avtomobillərə xərclənən vəsaitin cüzi hissəsi qədərdir”

13:21 14-02-2007

Şahin Diniyev: “Mənim aylıq qazancım Torresin telefon danışığına, ona ayrılan avtomobillərə xərclənən vəsaitin cüzi hissəsi qədərdir”

“Milli komandanın baş məşqçisi kimi aylıq məvacibimi açıqlamağa icazəm yoxdur. AFFA ilə bağladığım müqavilədə belə bir bənd var ki, nə federasiya rəhbərliyi, nə də mən tərəfdən bu məbləğ açıqlana bilər”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın futbol yığma komandasının baş məşqçisi Şahin Diniyev söyləyib. Ş.Diniyev AFFA-nın birinci vitse-prezidenti, eləcə də, İcraiyyə Komitəsinin üzvü Rauf Əliyevin onun baş məşqçi kimi aldığı aylıq məvacibi açıqlamasını etik normalara sığmadığını qeyd edib: “Kiminsə pulunu saymaq etik normalara sığışmır. Bir də ki, bu, çox hörmət etdiyim Rauf Əliyevi çox maraqlandırırsa, onda, Torresə xərclənən məbləği də açıqlasın. Çox hörmət etdiyim Rauf Əliyevdən belə açıqlama gözləməzdim. Braziliyalı məşqçiyə yaradılan şəraitin heç 10 faizi mənə yaradılmayıb. Mənim aylıq qazancım Torresin telefon danışığına, ona ayrılan avtomobillərə xərclənən vəsaitin cüzi hissəsi qədərdir”.
Qeyd edək ki, R.Əliyev mətbuata açıqlamasında Ş.Diniyevin ayda 8 min manat məvacib aldığını bildirib. /APA-Sport/


© APA 2018